İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub
3-10-2013, 15:55
Oxunub: 4 068
Bu gün prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.
Bolgexeber.com xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov İlham Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. Sonra prezident 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü, onlarla xatirə şəkli çəkdirib. İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib.
Daha sonra Azərbaycan Prezidenti Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev (ARDNŞ) meydanda görülmüş abadlıq işləri barədə İlham Əliyevə məlumat verib.
Dövlət başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış olub, “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub.
Sonra dövlət başçısı dəyirman kompleksi və taxıl anbarını işə salıb, Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.
Bundan başqa İ. Əliyev metal boru zavodunun açılışında da iştirak edib, zavodu işə salıb və istehsal prosesini izləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər