BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri Misir Axundovun evində olub

Rayon rəhbəri Misir Axundovun evində olub

8-03-2023, 11:15
Oxunub: 1 680

Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri bayram ərəfəsində yeni övladı dünyaya gəlmiş qazi Misir Axundovun evində olub, onların qayğıları və problemləri ilə maraqlanıb  


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Beynəlxalq Qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi  Axundov Misir Hilal oğlunun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.


Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Misir kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.


Qeyd edək ki, qazi Misir Axundov  Füzuli  istiqamətlərində gedən döyüşlərdə iştirak edib. İkinci qrup Vətən Müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


Qazi Misir Axundov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.