BolgeXeber.Com » Bölgə » İcra başçısı Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

İcra başçısı Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

9-03-2023, 16:44
Oxunub: 1 600

Bolgə.TV xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 411 şagirdin təhsil aldığı Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.


Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.


Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.