Qusar polisi məktəblilərin qonağı olub
10-03-2023, 16:39
Oxunub: 3 016
Bolgə.TV xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə mövzusunda tədbiri keçirilib.
“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Çıxışının sonunda isə E.İlyasov gənclərə daima diqqətli olmalarını, cinayət yolundan uzaq durmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumatlı olduqları zaman isə mütləq valideynlərinə və hüquq mühafizə orqanlarına məlumat vermələrini məsləhət görüb.
Sonra çıxış edənlər isə narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.
Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın fəsadlarından bəhs edib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər