Şirvan icra hakimiyyətinin şöbə müdirindən ilginc faktlar- Yenilənib
5-10-2013, 11:25
Oxunub: 4 274
Şirvan şəhər İcra Hakimiyyətinin tikinti-memarlıq şöbəsinin keşmiş müdiri Hacı Vüqar icra başçısı Mərdan Camalovun qəzəbinə tuş gəlib.Belə ki, verilən məlumata görə Hacı Vüqar , şəhərdə aparılan tikinti-abadlıq işlərinə sərf olunan maliyyə məsələlərində icra başçısını aldatdığına görə işdən qovulub.
Sonradan isə bu məsələdə maraqlı faktlar ortaya çıxıb.Həmin şöbənin işçisi Kürdoğlu Muradov Hacı Vüqarın yerinə gəlmək üçün külli miqdarda pul xərcləyib və artıq yeddi aydır ki,həmin vəzifəni o icra edir.Ancaq şöbə müdiri dəyişsə də vəziyyət yenə də əvvəlki tək açınacaqlı olaraq qalıb,yəni Şirvanda elə köhnə hamam,köhnə tasdır.Məsələn,hal-hazırda Şirvanda hər-hansı bir tikintiyə icazə vermək üçün Kürdoğlu Muradov vətəndaşlara qanunda nəzərdə tutulan rüsumdan qat-qat çox, istədiyi məbləği alır.Verilən məlumata görə şöbə müdiri Şirvanda kifayət qədər imkanlı adam kimi tanınır.Bildirilir ki,onun çox geniş biznes əlaqələri var, şəhərdə ən bahalı maşınlar ona məxsusdur və əksər gəlirli obyektlər onun tərəfindən özəlləşdirilib.Görünüdüyü kimi o vəzifə başına gəlmək üçün verdiyi pulu çıxartmaq üçün camaatın qanını sovurur ki,bu da təbii ki,əhalinin haqlı narazılığına səbəb olur.
Maraqlı məqamlardan biri odur ki,iddia olunur ki, Kürdoğlu Muradov pulunun çoxluğundan sərmayəsini artıq başqa sahələrə də yatızdırır.Alınan məlumata görə şöbə müdiri dünən şadlıq evində təmtəraqlı bir məclis keçirdib ki,həmin məclisin bütün xərcini şəxsən özü ödəyib.Maraqlıdır,görəsən həmin toyun xərcini nəyə görə o çəkib?! Yaxın zamanlarda biz rayona ezam olunmuş əməkdaşımızın şöbə müdirirnin sahibi olduğu obyektlərindən və dediyimiz toy məclisindən , çəkdiyi fotoları,hazırladığı reportajı sizə təqdim edəcəyik.
-Tikinti-memarlıq şöbəsinin keşmiş müdiri Hacı Vüqar icra başçısı Mərdan Camalovun qəzəbinə tuş gəlib və Koroğlu Muradov nə qədər rüşvət verərək onun yerinə gəlib cümləsi Muradovlar ailəsinin və onun yaxınlarının qəzəbinə tuş gəlib. Beləki, redaksiyamıza zəng edən Mübariz Muradov yazılan yazıya münasibət bildirmək əvəzinə səviyyəsiz ifadələrlərlə özlərini müdafiyyə etməyə çalışmış və redaksiyanın kollektivini məhkəməyə verəcəkləri ilə hədələyib. Hadisələrin bu cür axarından sual yaranır. Nə üçün bu məmurlar düz söləri qəbul edib günahlarını etraf etmirlər? Eləcədə, günahlarını etiraf edib, qara əməllərindən əl çəkib, haqqın yoluna tapınmırlar. Bu azmış kimi İcra başçısının onların arxasında durduğunu və rayon rəhbərinə verdikləri rüşvətdən əlavə aylıq faizə işlədiklərini utanmadan ifadə edirlər. Bəs onda Mübariz və onun kimilər hər şeyi etiraf etdikləri halda nəyin davasını edirlər görəsən!?...
Qaldı ki, biz jurnalislərin məsələsinə, "su səhəngi suda sınar deyib atalar", onsuzda döyulməyə, söyülməyə öyrəşmişik. Yaşadığımız ölkədə hər kəs bilir ki, bu gün yerlərdə olan məmurlar rüşvəti xalqından üstün tutmalarının iç üzlərini yazılarla açanda jurnalistər ya məhkəməyə verilir ya da ağır şəkildə təhqir edilir...Vəssalam.
Qarşı tərəfin normal mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər