BolgeXeber.Com » Bölgə » SON DƏQİQƏ: Naxçıvanda zəlzələ oldu

SON DƏQİQƏ: Naxçıvanda zəlzələ oldu

24-03-2023, 09:11
Oxunub: 1 624

Yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.


Bu barədə Bolgə.TV-yə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.


Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.