BolgeXeber.Com » Bölgə » Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

27-03-2023, 12:08
Oxunub: 1 464

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Aşağı Ləki kənd sakini Elim Abdullayevdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.