BolgeXeber.Com » Bölgə » İsmayıllıda həmkəndlilərinin evindən silsilə oğurluqlar edən şəxs tutulub
İsmayıllıda həmkəndlilərinin evindən silsilə oğurluqlar edən şəxs tutulub
5-04-2023, 10:13
Oxunub: 3 224
İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yerləşən evlərdən silsilə oğurluqlar edilib. Ümumilikdə 6 evdən samovar və mis materialdan olan digər məişət əşyalarını oğurlayan naməlum şəxs zərərçəkənlərə 2300 manat maddi ziyan vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, baş vermiş oğurluqlarla bağlı rayon polis şöbəsinə məlumat daxil olan kimi hadisə yerlərinə baxış keçirilib və cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin elə həmin kənd sakini Raqub Hacılı olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı samovarları rayon ərazisində ayrı-ayrı misgərlərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin əşyaların da əksəriyyəti satdığı şəxslərdən götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Hacılının digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər