BolgeXeber.Com » Bölgə » Zərdab rayonunda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib

Zərdab rayonunda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib

7-04-2023, 15:24
Oxunub: 3 328

Bolgə.TV xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı  tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.


Görüşdə çıxış edən rəis müavini polis, polkovnik-leytenantı İkram Əhmədov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. O, bildirib ki, bu yola düşən şəxslər öz həyatlarını məhv etməklə yanaşı gələcəklərini ağ ölümə qurban verir və düçar olduqları bəladan qurtula bilmirlər. 


Daha sonra çıxış edən təhsil ocağının müəllimləri keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər.


Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.