BolgeXeber.Com » Bölgə » Qobustanda “Zərərli vərdişlər və narkomaniya” mövzusunda tədbir keçirilib
Qobustanda “Zərərli vərdişlər və narkomaniya” mövzusunda tədbir keçirilib
12-04-2023, 11:47
Oxunub: 3 256
Bolgə.TV xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Zərərli vərdişlər və narkomaniya” mövzusunda maarifləndirici tədbir keçirilib.
Məktəblilərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb. Bəşəri bəla olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıb.
Daha sonra çıxış edənlər də narkomanlığın ziyanları ilə bağlı keçirilən təbliğat xarakterli görüşlərin əhəmiyyətini diqqətə çatdırıblar və bu bəlaya qarşı mübarizədə hər kəsin fəal olmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların fikirləri dinlənilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər