Balakəndə profilaktik tədbirlər keçirilib
14-04-2023, 09:03
Oxunub: 4 872
Balakəndə avtomobilində konstruksiya dəyişikliyi edən, qaydaları pozan sürücü polisin qanuni tələbinə məhəl qoymadığı üçün inzibati həbs olunub
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, əsasən hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, sürücülük hüququ olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülər müəyyən olunub. Qanunvericiliyin tələbləri onlara izah edilib və avtomobillər özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.
Keçirilən tədbirlər zamanı istifadələrində olan “VAZ-2107” markalı avtomobillərdə konstruksiya dəyişikliyi edən, şəhər ərazisində kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan və bu əməllərini sosial şəbəkələrdə paylaşan rayon sakinləri Yusif Əzizov və Tural Məmmədov da saxlanılıb. Yoxlama zamanı məsuliyyətdən yayınmağa çalışan Yusif Əzizov polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Hər iki şəxs polis şöbəsinə dəvət edilib, T.Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb, Y.Əzizov barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o,10 sutka inzibati həbs olunub.
Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər