Tərtərdə "Şahin" hərbi idman oyununun rayon mərhələsi keçirilib
19-04-2023, 10:50
Oxunub: 3 160
Bolgə.TV xəbər verir ki, 18 aprel 2023-cü il tarixdə Tərtər Olimpiya İdman Kompleksində "Şahin" hərbi-idman oyununun rayon mərhəkəsi keçirilmişdir. Yarışda rayonun 23 tam orta məktəbinin Vlll və X sinif şagirdlərindən ibarət şahinlər komandaları iştirak etmişdir.
Oyun başlamazdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, Dövlət Himni səsləndirilmişdir.
Sonra Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək yarışın keçirilməsinin əsas məqsədinin məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarət olduğunu vurğulamışdır. Daha sonra Tərtər Gİİ tərəfindən yaradılmış mandat komissiyası iştirakçıların diqqətinə çatdırılmışdır.
Yarışın qalib komandaları müxtəlif mərhələlər üzrə toplanan xalların cəminə uyğun olaraq aşağıdakı kimi müəyyən edilmişdir.
l yer – Hüsənli kənd tam orta məktəbin komandası
ll yer – şəhər 5 saylı tam orta məktəbin komandası
lll yer – Səhləbad kənd tam orta məktəbin komandası
lll yer – Ələsgərli kənd tam orta məktəbin komandası
l yerin qalibi Hüsənli kənd tam orta məktəbin “Şahinlər” komandası zona mərhələsində iştirak üçün vəsiqə qazanmışdır.
Qalib komandalar qarşıdakı günlərdə Tərtər rayon Gənclər və İdman İdarəsinin müvafiq fəxri fərmanları ilə təltif ediləcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər