BolgeXeber.Com » Bölgə » Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib
Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib
26-04-2023, 11:22
Oxunub: 3 440
Bolgə.TV xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda ilk dəfə səyyar göz müayinəsi aksiyası təşkil edilib.
Tibbi müayinə aksiyası əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə oftalmologiya sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi çərçivəsində keçirilib. Aksiyanın ilk günü Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmçinin qazilər müayinəyə cəlb ediliblər. Aksiyada, ümumilikdə 300 nəfərə yaxın Daşkəsən sakini iştirak edib.
Vətəndaşlar geniş imkanlara malik müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar klinikada Milli Oftalmologiya Mərkəzinin həkimlərinin ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün təyin edilməsi və digər müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Müayinələr əsnasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunaraq, müvafiq müalicə kursları təyin edilib.
Qeyd edək ki, səyyar tibbi müayinə aksiyaları yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədilə “AzerGold” QSC tərəfindən tərəfdaş qurumlarla birgə mütəmadi olaraq təşkil edilir.
Xatırladaq ki, “AzerGold” QSC, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Sağlamlıq Mərkəzi ilə birgə 2021-ci ildən etibarən həyata keçirilən müayinə aksiyaları zamanı ümumilikdə 1000 nəfərdən artıq Daşkəsən sakini cərrahiyə, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər