Neftçalada oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
27-04-2023, 10:55
Oxunub: 3 128
Neftçalada evlərin birindən 10000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, cari ilin aprel ayının 1-dən 15-dək olan müddətdə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10000 manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev saxlanılıblar.
Dindirilmə zamanı D.Babayev və C.Abdullayev cinayət əməllərini səmimi etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə 5 dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışlar əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. D.Babayev və C.Abdullayevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər