Əsgər hərbçi yoldaşini snayperlə öldürüldü
17-06-2011, 20:35
Oxunub: 7 025

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını snayperlə qətlə yetirib
Azərbaycan Ordusunda iki ölüm hadisəsi baş verib. Bolgexeber.com-un xəbərinə görə, bu hər iki hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinə daxil olan hərbi hissələrdə qeydə alınıb. Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər Bəşirov Mərdan Arif oğlu SVD silahından (snayper) açdığı atəş nəticəsində əsgər Əlizadə Vüsal İlqar oğlunu qətlə yetirib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Digər hadisə isə Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib. Kiçik çavuş Muradov Kənan Etiqad oğlu dövlət nişanı olmayan motosikletlə gedərkən Ağstafa- Sadıxlı yolunda idarəetməni itirərək, onu aşırıb. Hərbçi hadisə yerində həlak olub.
Hər iki hadisənin iyunun 16-da baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev hər iki faktı təsdiqləyib. Onun sözlərinə görə, hər iki fakt üzrə araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər