BolgeXeber.Com » Bölgə » Bərdədə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda seminar keçirilmişdir

Bərdədə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda seminar keçirilmişdir

5-05-2023, 10:15
Oxunub: 2 272

Bolgə.TV xəbər verir ki, Bərdədə 03.05.2023-cü il tarixdə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda seminar keçirilmişdir


Tədbirdən öncə iştirakçılar Heydər Əliyev muzeyinin qarşısında ümummilli liderimizin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.


Tədbirdə layihə rəhbəri Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə filialının sədri Etibar Hüseynova, ”Vetennamine.az” saytının baş redaktoru Aris Məmmədov, Bərdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, rayonda yaşayan bir qrup şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları iştirak etmişlər.


Tədbir zamanı şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlətimizin uğurla apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirici məlumatlar verilib. Eyni zamanda, tədbir iştirakçılarına onların hüquqlarının, müvafiq qanunvericilik aktlarının və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar hədiyyə edilib.


Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.