BolgeXeber.Com » Bölgə » Tərtər, Bərdə və Ağdam rayonlarında “sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim keçirilib
Tərtər, Bərdə və Ağdam rayonlarında “sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim keçirilib
5-05-2023, 18:03
Oxunub: 3 480
Bolgə.TV xəbər verir ki, Tərtər, Bərdə və Ağdam rayonlarında “sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim keçirilib
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda növbəti təlimlər keçirilib.
Layihə təlimçisi Aris Məmmədovun verdiyi məlumata görə, 27 aptel tarixindən start verilən təlimlər bugünədək Bakı, Sumqayıt şəhərlərində, Tərtər, Bərdə və Ağdam rayonlarında keçirilib.
Təlim zamanı şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlətimizin uğurla apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirici məlumatlar verilib.
Eyni zamanda, tədbir iştirakçılarına onların hüquqlarının, müvafiq qanunvericilik aktlarının və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar hədiyyə edilib.
A.Məmmədovun sözlərinə görə, bu mövzuda görüşlərin, ümumilikdə respublikamızın 9 şəhər və rayonunda keçirilməsi planlaşdırılır.
Hörmətlə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər