BolgeXeber.Com » Bölgə » Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib
9-05-2023, 11:26
Oxunub: 2 952
Bolgə.TV xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Polis şöbəsinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin və Vətən torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Fizuli Əhmədov ömrünü Azərbaycan Respublikasının müstəqilliyinə həsr edən Ümumilli Lider H.Əliyevin şərəfli həyat yolundan danışıb. O, bildirib ki, ölkəmizin dar günündə millətimizin harayına səs verən H.Əliyev bütün çətinliklərə sinə gərərək, dövlətimizin dirçəlməsinə nail oldu. Bunun nəticəsində qısa bir zaman ərzində artıq Azərbaycan ən öndə gedən ölkələr arasında öz yerini tutaraq, beynəlxalq layihələrin əksəriyyətində fəal iştirak etdi.
Daha sonra çıxış edən digər iştirakçılar Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışaraq, müstəqil dövlətimizin inkişafının onun adı ilə bağlı olduğunu bildiriblər və Ümumilli Liderin böyük xilaskarlıq missiyasından danışıblar.
Tədbirdə Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər