Quba polisi Ümummilli liderin 100 illiyi münasibətilə tədbir keçirib
10-05-2023, 16:45
Oxunub: 3 152
Bolgə.TV xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Polis Şöbəsinin inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Polis Şöbəsinin rəisinin vəzifələrini müvəqqəti icra edən əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Bəhruz Bədəlov müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışıb.
Daha sonra çıxış RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb.
Sonda Ulu Öndərin həyat və yaradıcılığına dair videoçarx nümayiş olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər