BolgeXeber.Com » Bölgə » Salyanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib
Salyanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib
11-05-2023, 09:53
Oxunub: 3 032
Bolgə.TV xəbər verir ki, Salyanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
10.05.2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Jalə Əhmədova, Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını ifadə etmişlər. Sonra RİH-nin iclas zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş rəsmi hissədən ibarət tədbir keçirilmişdir. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə RİH-nin başçısı Sevindik Hətəmov Ümummilli Liderin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə geniş məruzə ilə çıxış etmişdir. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrin adamı 100” sənədli film nümayiş olunmuşdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər