BolgeXeber.Com » Bölgə » Bərdədə Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təntənəli bayram konserti keçirilmişdir
Bərdədə Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təntənəli bayram konserti keçirilmişdir
11-05-2023, 12:11
Oxunub: 2 832
Bolgə.TV xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təntənəli bayram konserti keçirilmişdir
Xalqımızın Ümummilli Lideri müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bərdə şəhərində konsert proqramı təşkil edilib.
Bərdə şəhər Mərkəzi meydanında baş tutan konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət xadimlərinin və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin müxtəlif musiqi nömrələrini dinləyiblər.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı FatmaYıldırım, Prezident təqaüdçüsü, əmək qəhrəmanı, Ulu öndərlə dəfələrlə görüşmüş Tərlan Musayeva, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, gənclər, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertin sonunda rayon sakinlərinin böyük maraqla qarşıladığı işıqlı əməlləri, ölməz xatirəsi ilə həmişə bizimlə olan, günəş kimi Azərbaycanı əbədi nura qərq edən Ulu Öndərin xatirəsinə hörmət əlaməti olaraq 100 ədəd "Dilək şarı" uçurdulmuş, səmanı al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığı keçirilmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər