BolgeXeber.Com » Bölgə » Salyan rayonunda "Sosial siyasət və bu sahə üzrə qanunlar" mövzusunda növbəti təlim keçirilib
Salyan rayonunda "Sosial siyasət və bu sahə üzrə qanunlar" mövzusunda növbəti təlim keçirilib
12-05-2023, 11:31
Oxunub: 3 592
Bolgə.TV xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda növbəti təlim keçirilib.
Tədbirdən öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri və nəzarət-təftiş komitəsinin sədri ilə görüşüb, Qarabağ müharibəsi əlilləri və veteranlarının üzləşdiyi problemləri, arzu və təkliflərini dinləyib, qaldırılmış məsələlərin bir çoxu yerindəcə həll edilib, bəzilərinin həlli üçün isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
27 aprel tarixindən start verilən təlimlər bugünədək Bakı, Sumqayıt şəhərlərində, Tərtər, Bərdə, Ağdam və Salyan rayonlarında keçirilib.
Təlim YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov tərəfindən açıq elan edildi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini 1 dəqiqəlik sükut ilə yad edərək başlanıldı.
Tədbirdə AzQMƏVŞAİB-in sədri Mehdi Mehdiyev, sədr müavini Aris Məmmədov, İB-nin Salyan rayon filialının sədri Arif Əsgərov, Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, rayon icra hakimiyyətinin əməkdaşları Ruslan Məmmədov və Rəşad Kərimov, Qarabağ müharibəsi iştirakçıları, veteranları və qazilər iştirak edib.
Təlim zamanı şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlətimizin uğurla apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirici məlumatlar verilib.
Eyni zamanda, tədbir iştirakçılarına onların hüquqlarının, müvafiq qanunvericilik aktlarının və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar hədiyyə edilib.
Bu mövzuda görüşlərin, növbəti həftə Şəki, İsmayıllı və Ağdaş rayonlarında keçirilməsi planlaşdırılır.
Tədbirin sonunda xatirə fotosu çəkildi.
Hörmətlə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər