BolgeXeber.Com » Bölgə » “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş olunub
“AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş olunub
15-05-2023, 11:26
Oxunub: 2 856
Bolgə.TV xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında nümayişə çıxarılıb.
Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı məhsullar Birləşmiş Krallıqda təşkil edilən ənənəvi Vindzor Kral Atçılıq Şousu çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənib.
“AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyaları “Made in Azerbaijan” brendinin təşviqi, mədəniyyətimiz və incəsənətimizin təbliği məqsədilə təşkil edilən milli pavilyonu ziyarət edən Böyük Britaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Çələbi”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu çərçivəsində təşkil edilən sərgi 11-14 may tarixlərində keçirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər