BolgeXeber.Com » Bölgə » Sabirabad şəhərində Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev prospektində əsaslı təmir işləri davam etdirilir
Sabirabad şəhərində Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev prospektində əsaslı təmir işləri davam etdirilir
15-05-2023, 15:01
Oxunub: 2 880
Bolgə.TV xəbər verir ki, Azərbaycanın hər yerində olduğu kimi Sabirabad rayonunda da vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür.
Belə ki, “Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 may 2023-cü il tarixli Sərəncamının icrası olaraq Sabirabad şəhərinin 4,3 kilometr uzunluğu olan Heydər Əliyev prospekti yenidən qurulur.
Ümumi uzunluğu 4,3 km olan 2 hərəkət zolaqlı avtomobil yolunda əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir və artıq 2 km-ə yaxın hissəsində asfaltlaşma işləri yekunlaşmışdır. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidləri zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcəkdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər