BolgeXeber.Com » Bölgə » Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xəlfəli kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xəlfəli kəndində keçirilmişdir
16-05-2023, 13:52
Oxunub: 1 472
Bolgə TV xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Xəlfəli kəndində Şəhriyar kənd inzibati ərazi dairəsinə daxil olan Şəhriyar, Xəlfəli və Axtaçı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon ərazisində Heydər Əliyevin 100 illik yubleyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Həmçinin rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirərək vurğulamışdır ki, Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur. Eyni zamanda RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Cəbrayıl İmranov, Poladxan Şahverdiyev, Ələmdar Əliyev və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə