BolgeXeber.Com » Bölgə » Bərdədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Bərdədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

22-05-2023, 17:54
Oxunub: 1 680

Bolgə.TV xəbər verir ki, Bərdədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Öncə Yeni Daşkənddə Vətən torpağı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə ziyarət olunmuşdur. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev giriş nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirməsindən danışmışdır. Bildirmişdir ki,

Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunmuş bu elin Yeni Daşkənd kəndində məskunlaşmasından 70 il ötür. Ancaq aradan ötən bu 70 il ərzində bütün Qərbi Azərbaycanlılar kimi bu insanlar da öz dədə-baba yurdunu heç zaman unutmamış və bu gün də o yurdlara qayıdacaqlarına inamlarını itirməmişlər.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli, tədqiqatçı Araz Yaquboğlu, Riyaziyyat və Mexanika İnstitunun direktoru, Çexiya Respublikasında Azərbaycan diasporasının sədri, professor Azər Kərimov, Milli Məclisin üzvü, akademik Əhliman Əmiraslanov, Millət Vəkili Zahid Oruc, professor Ələddin Allahverdiyev, Daşkənd icmasının sədri Fəzail Piriyev, akademik Abel Məhərrəmov çıxış edərək bildirmişlər ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız qələbə, tarixi ədalətin bərpası, eyni zamanda 24 dekabr tarixində Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü zamanı verdiyi mesajların mahiyyəti xalqımızın əzəli və qədim torpağı olan Qərbi Azərbaycana qayıdış üçün inamımızın sarsılmaz olduğunun göstəricisidir.

Əziz Ələkbərli tərəfindən Bərdə rayon İcra Hakimiyyətinin başçısı və digər qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Tədbir Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış rəngarəng musiqi proqramı ilə davam etmişdir.