BolgeXeber.Com » Bölgə » Muğanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Muğanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
24-05-2023, 14:16
Oxunub: 528
Bolgə.TV xəbər verir ki, Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Muğanlı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, kəndin içməli su şəbəkəsi tikilmiş, küçələrdə 9 ədəd bulaq tikilmişdir. Kəndin ərazisində GPON texnologiyalı yeni rabitə şəbəkəsi tikilib, evlərin 95%-nə sürətli internet verilib, İnzibati ərazi dairəsini əhatə edən 17,5 km kəndlərarası yol yenidən qurulmuş və asfaltlanmış, o cümlədən yolun 3 km-i Muğanlı kəndinin ərazisindən keçir, kəndin 5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndə sərnişin avtobusu açılmışdır. Hazırda E.Mirzəyev adına Muğanlı kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyi tərəfindən təmir işləri aparılır.
2022-ci ildə kənddə 4 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 14 ton pambıq istehsal edilmişdir. 2023-cü ildə 3 hektar sahədə pambıq əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Muğanlı kənd sakinləri Qaçay Məmmədov Vətən müharibəsinin iştirakçısı olan oğluna həyətyanı torpaq sahəsinin verilməsi, Əhliman Məmmədov özünə məxsus fərdi yaşayış evinin həyətinə gələn təsərrüfat yolunun genişləndirilməsi, Sahib Hüseynov Muğanlı kəndində elektrik enerjisinin verilməsində fasilələrin olması, Telman Hüseynov Muğanlı kəndində “karçovka” adlanan ərazidə 40 hektar pay torpağının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Kərim Cabbarov kənd həkim məntəqəsində kadr çatışmazlığını bildirərək, orta tibb işçisi təyin olunması, Eyvaz Mustafayev Muğanlı kəndinə qədər çəkilmiş 2-nömrəli sərnişindaşıma marşrut xəttinin hərəkət intervalının uzadılması barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Çox Oxunanlar
- 6-05-2023, 18:36 : Krım üzərində ballistik raket vuruldu
Dünya / Xəbərlər
- 26-05-2023, 12:17 : Sevilya - Roma: 1xBet Avropa Liqasının finalını təhlil edirik
Xəbərlər / Ölkə
- 13-05-2023, 18:10 : “Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır
Xəbərlər / Ölkə
- 9-05-2023, 18:29 : Günel həm "Banu"dan, həm də ölkədən getdi
Şou-Biznes / Xəbərlər
- 4-05-2023, 18:40 : Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması adlı layihə yekunlaşıb
Bölgə / Xəbərlər
- 20-05-2023, 18:24 : Müxalifət siyasətə belə yanaşır - Ərdoğan
Dünya / Xəbərlər
- 27-05-2023, 18:20 : Rusiya MN-ə məxsus “Niva” vuruldu: ölənlər var
Dünya / Xəbərlər
- 6-05-2023, 17:32 : Boksçumuz iranlı rəqibini məğlub etdi
İdman / Xəbərlər
- 12-05-2023, 13:04 : Kamaləddin Qafarov: “Heydər Əliyev qəlbimizdə hər zaman xilaskar kimi yaşayacaq”
Analitika / Xəbərlər
- 9-05-2023, 10:48 : Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib”
Analitika / Xəbərlər