Tərtərdə barama tədarükünə başlanılıb
26-05-2023, 18:26
Oxunub: 3 480
Bolgə.TV xəbər verir ki, Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər Tərtər rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2023-ci illərdə 374 mindən artıq çəkil tingi əkilmişdir ki, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. 2016-cı ildə 1 ton , 2017-ci ildə 4,6 ton, 2018-ci ildə 10,2 ton, 2019-cu ildə 18.3 ton, 2020-ci ildə 12.1 ton, 2021-ci ildə 13.6 ton, 2022-ci ildə 10,2 ton barama istehsal olunmuşdur. Bu il isə kümçülərə 375 qutu ipəkqurdu verilib. 15 ton barama istehsalı nəzərdə tutulub.
Artıq bu gündən rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədarükün ilk günü barama qəbulu məntəqəsində olub, kümçülərlə görüşüb, müvafiq tövsiyyələrini verib. Onlara məhsul yığımında uğurlar arzulayıb.
Mövsümün ilk günündə kümçülərin yetişdirdikləri 664 kiloqram məhsul “AZ SİLK” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər