Region gəncləri müstəqilliyimizin 105-ci ilini qeyd ediblər
29-05-2023, 09:04
Oxunub: 3 232
Bolgə.TV xəbər verir ki, 28 May - Müstəqillik Günü Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən müxtəlif tədbirlərlə qeyd edilib. Belə ki, gənclər ilk olaraq, Ümummilli Lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Daha sonra nümayəndəliklərdə 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masalar, görüşlər keçirilib, qonaq qismində dəvət olunan tarixçilər, ekspertlər tərəfindən gənclərə bu əlamətdar günün əhəmiyyəti haqqında məlumat verilib, “Əbədi ezamiyyət”, “Son iclas” filmləri izlənilib. Respublikanın şəhər və rayonlarında gənclər üçün veloyürüşlər təşkil edilib.
Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan şəhər və rayon gənclərinin Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin binasında yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə səfəri baş tutub. Gənclər Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünü əhatə edən eksponatları ilə tanış olublar.
Nümayəndəliklərdə 28 May - Müstəqillik Gününə həsr olunmuş intellektual yarışlar, voleybol, basketbol, futbol, şahmat oyunları təşkil edilib və qaliblər hədiyyələrlə təltif olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər