Neftçalada evdən 8 kiloqram marixuana aşkarlanıb
31-05-2023, 09:23
Oxunub: 856
Neftçala rayon sakininin həyətindən 1090 ədəd çətənə kolu, evindən isə 8 kiloqrama yaxın marixuana aşkarlanıb.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Əlisaleh Kərimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, eləcə də böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və hündürlüyü 10-150 sm arası olan 1090 ədəd çətənə kolu, evindən isə çəkisi 8 kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 1-09-2023, 13:35 : Kəlbəcərdə atışma davam edir - Rəsmi
Xəbərlər / Ölkə
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 26-08-2023, 18:12 : Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 2-09-2023, 18:00 : Sabirabadda 3 otaqlı ev yandı
Sosial / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 4-09-2023, 18:51 : İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Bölgə / Xəbərlər
- 25-08-2023, 17:04 : Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi
İdman / Xəbərlər