BolgeXeber.Com » Bölgə » Balakəndə “qara bazar”da dəyəri 600 min manat olan narkotik vasitə dövriyyədən çıxarılıb
Balakəndə “qara bazar”da dəyəri 600 min manat olan narkotik vasitə dövriyyədən çıxarılıb
1-06-2023, 09:40
Oxunub: 3 312
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan və narkotik vasitələrin satışını həyata keçirən ümumilikdə 19 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində M.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi 248 kiloqram olan 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkilərin toxumlarını öz qohumu Məzahir Soltanovdan 3400 manat müqabilində əldə etdiyi, sonuncunun isə həmin toxumları rayon ərazisində narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri - Rasim Yetimovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə onların hər ikisi saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı R.Yetimovdan da marixuana aşkarlanıb. Saxlanılan M.Abdullayev ifadəsində çətənə bitkilərini mart ayının əvvəllərində becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə əldə edəcəyi narkotik vasitəni sataraq varlanmaq olduğunu bildirib. Qeyd edək ki, M.Abdullayevin həmin narkotik tərkibli bitkilərdən əldə edəcəyi narkotik vasitənin qara bazarda dəyəri 700 min manata yaxındır.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində isə daha 16 nəfər də şübhəli şəxs qismində saxlanılıb. Onlardan aşkarlanan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də kultivasiya etdikləri çətənə kolları qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Sinxron- Məhəmməd Abdullayev (saxlanılan şəxs)
Sinxron-Məzahir Soltanov (saxlanılan şəxs)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər