BolgeXeber.Com » Bölgə » Qubanın icra başçısı adı Qırmızı Kitaba düşən 300-dən artıq ağacları kəsdirib

Qubanın icra başçısı adı Qırmızı Kitaba düşən 300-dən artıq ağacları kəsdirib

21-10-2013, 00:25
Oxunub: 2 989 Quba rayonun icra başçısı Mubariz Ağayev abadlaşma adı altında rayonun mərkəzində və kəndlərdə adı Qırmızı Kitaba düşən 300-dən artıq "xan çinar" adlanan ağacları kəsdirib. Bu barədə rayondakı mənbələrin verdiyi məlumatlara görə, icra başçısının göstərişi ilə son günlər Qubada 300-400 il yaşı olan ağacların oduncağının hər biri 2000 dollara satılıb. Sakinlər məsələ ilə yerində tanış olmaq üçün hətta redaksiyamızın əməkdaşlarını da Qubaya dəvət ediblər. Yaxın günlərdə redaksiyamızın əməkdaşları bu məsələni araşdırmaq və ağacların kəsildiyi ərazidə müşahidə aparmaq üçün rayona yollanacaqlar.
Bundan əlavə mənbə bildirir ki, icra başçısının bu hərəkətinə ad vermək mümkün deyil. Və təəssüflə mənbə qeyd edir ki, ölkə təbiətinə qarşı yönəlmiş bu qəddar hərəkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də sükutla qarşılanır. Nazirlik tərəfindən bu vandalizmin qarşısının alınması istiqamətində faktiki olaraq heç bir cəhd göstərilmədiyi qeyd edilir.
Mənbə son olaraq onu da əlavə edib ki, icra hakimiyyəti tərəfindən yerli sakinlər mütəmadi olaraq iməcliklər adı altında müxtəlif işlərə cəlb edilir: "Büdcə təşkilatlarının işçiləri, o cümlədən müəllimlər, həkimlər, mədəniyyət işçiləri və s. idarə, müəssisə və təşkilatlarda çalışanlar abadlaşma işlərinə cəlb edildikləri üçün bu strukturlarda iş ahəngi tamamilə pozulub. Əslində bu hərəkəti ilə rayon rəhbərliyi ölkə vətəndaşlarının konstitusion hüquqlarını kobud surətdə pozaraq onları məcburi əməyə cəlb edib".
Qeyd edək ki, umumiyyətlə Qubanın icra başçısı Mubariz Ağayevlə bağlı redaksiyamıza çoxsaylı ilginc məlumatlar daxil olub. Yaxın günlərdə icra başçısının vandalizmi və özbaşınalıqları barədə oxuculara geniş məumat verəcəyik. Bizi izləyin...