BolgeXeber.Com » Bölgə » Beyləqanda həkimlər morqda olan diri adamı ölü əvəzinə yardılar - Rəzalət

Beyləqanda həkimlər morqda olan diri adamı ölü əvəzinə yardılar - Rəzalət

21-10-2013, 13:25
Oxunub: 6 214 Tibbi ekspertizanın həkimi Zahir Quliyevi yararkən birdən «meyit» ağrıdan inildəyib və ayılıb. Bundan sonra isə ayılan «meyiti» təcili xəstəxanaya qaldırıblar.

Beyləqan rayon Mərkəzi Xəstəxanasında öz başınalıq o həddə çatıb ki, artıq bu xəstəxanada xəstəlrin həyatı ilə oynanılır


Belə ki, son bir ayda xəstəxanada baş verən olaylar bunu sübut edir.


Beyləqan sakinlərinin pia.az-a ünvanladıqları müraciətdə bildirilir ki, Əli Məmmədovun rəhbərlik etdiyi rayon xəstəxanasında çox vaxt içkili olan həkimlər artıq birbaşa xəstələrin həyatı ilə oynayırlar və bu səbədən hətta ölüm hadisələri də baş verir.


Məlumatda bildirilir ki, sentyabrın 21-də ağır yol qəzası ilə Cəbrayıl qaçqınları - Quliyev Zahir Sahib oğlu və Mehdiyev Allahverdi Mədət Beyləqan Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəxanaya daxil olarkən Mehdiyev Allahverdi Mədət oğlu ölü olub. Quliyev Zahir Sahib oğlu isə huşsuz vəziyyətdə olub. Lakin növbətçi həkim özünə zəhmət verib ağır vəziyyətdə olan huşsuz Zahir Quliyevi müayinə etməyib və bildirib ki, hər iki qəza keçirən şəxs keçinib.


Bundan sonra isə hər iki şəxsi morqa qaldırıblar. Bir sutka sonra morqda meyitlərin yarılması prosesinə başlanılıb. Tibbi ekspertizanın həkimi Zahir Quliyevi yararkən birdən «meyit» ağrıdan inildəyib və ayılıb. Bundan sonra isə ayılan «meyiti» təcili xəstəxanaya qaldırıblar.


Mənbə bildirir ki, hazırda həmin şəxs sağdır və xəstəxanada müalicə olunur. Buna baxmayaraq xəstəxananın həmin vaxt sərxoş olan növbətçi həkimi cəzalandırılmayıb və o hələ də öz işini davam etdirməkdədir.


Beyləqan xəstəxanasının həkimlərinin günahı ucbaiından isə ötən həftə daha bir şəxs dünyasını dəyişib. Bildirilir ki, həmin şəxsin ürəyi tutub və Təcili yardım çağırılsa da, vaxtında gəlməyib. Nəhayət uzun zamandan sonra Təcili Yardım gəlsə də, məlum olub ki, Təcili Yardımın həkimi Məmməd Kazımov sərxoşdur. Sərxoş həkimin müdaxiləsindən sonra isə xəstə keçinib. Mənbə bildirir ki, bundan sonra xəstənin qohumları xəstəxanaya hücum ediblər.


Məlumatda o da bildirilir ki, xəstəxanada adətən ən adı dərmanları belə tapmaq mümkün olmur. Belə ki, baş həkim Əli Məmmədov xəstəxanalar üçün ayrılan dərman pereparatlarını Bakı şəhərindəki apteklərində satdırır. Qeyd olunur ki, hətta dövlət tərəfindən ayrılan dərmanlar belə qeydiyyatda olan xəstələrə verilmir. Ancaq kiçik bir qisim diabetli xəstələr vaxtında müraciət etdikləri halda dövlətin onlara ayırdığı dərmanlarını ala bilirlər.


Məlumatda ilginc maliyyə maxinasiyaları faktlarıda yer alır. Bildirilir ki, 2013 cü ildə Beyləqan rayon Mərkəzi Xəstəxanasına 37 min manat dəyərində psitrop, zardab, vaksin, rentgen və flüqorafilyada işlənən mallar, 47 min manat dəyərində isə ümumi təyinatlı dərman preparatlar, sarğı və tibb ləvazimatları verilib. Ancaq Mərkəzi Xəstəxananın ambarına bu dərmanların yalnız 10 faizi daxil olub yerdə qalan dərman pereparatları isə baş həkim özunə məxsus apteklər vasitəsi ilə satdırıb. Qeyd olunur ki, Əli Məmmədov əsasən dərmanları kənd xəstəxanalarının əli ilə silir və kənd xəstəxanalarına ayrılan dərman pereparatları sadəcə kağız üzərindədir.


Kənd xəstəxanalarına sarğı və bəzi ağrı kəsici pereparatlardan başqa hər hansı bir dərman verilmir. Məlumatda o da qeyd olunur ki, Mərkəzi Xəstəxananın rəhbəri Əli Məmmədov bu il «Paritet-M» MMC-yə tibb blanklarının satın alınması üçün 8500 manat, ehtiyyat hissələrinin alınması üçün 6000 manat, təsərüfat mallarının alınması üçün 11000 manat, dəftərxana ləvazimatlarının alınması üçün 23000 manat, ərzaq məhsullarının alınması üçünsə 32000 manat vəsait köçürüb. Şəmin vəsaitin böyük bir hissəsi isə sənədləşdirilərək silinib. O da qeyd olunur ki, Baş həkim adını çəkdiyimiz ləvazimatların qiymətlərini sənədləşdirilmədə bir neçə dəfə şişirdir.


Qeyd edək ki, məsələ ilə bağlı Beyləqan Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Baş həkimin telefonunu açan xanım bildirdi ki, Ədi Məmmədov hazırda əməliyyatdadır və bizimlə özü ədaqə yaradar. Lakin sonradan əlaqə yaradılmadı.


Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…