BolgeXeber.Com » Bölgə » Tərtər rayonunda "Əmək yarmarkası" keçirilib

Tərtər rayonunda "Əmək yarmarkası" keçirilib

23-06-2023, 15:28
Oxunub: 1 808

Bolgə.TV xəbər verir ki, Tərtər rayonunda "Əmək yarmarkası" keçirilib


Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə iyunun 23-də Tərtər Rayon Mədəniyyət Mərkəzində  22 işəgötürənlə əmək yarmarkası keçirilib. Əmək yarmarkasında əmək bazarının müxtəlif iqtisadi sahələri üzrə 300 yaxın peşə və ixtisas tələb edən vakansiyalar ictimaiyyətə açıq elan edilib. Yarmarkada Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayonlarından olan 900 yaxın vətəndaş iştirak edib.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev yarmarkaya qatılan sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar.


Tədbirdə vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.