BolgeXeber.Com » Bölgə » Salyan rayonunda 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib
Salyan rayonunda 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib
1-07-2023, 16:54
Oxunub: 4 280
Bölgə.TV xəbər verir ki, Salyan rayonunda 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov polis əməkdaşlarını təbrik etmiş və Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixinin “Azərbaycan Polisi Günü” kimi qeyd edildiyini, Azərbaycan polisinin ötən dövrdə şərəfli yol keçdiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını, Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polisin vahid hüquq mühafizə orqanı kimi formalaşdığını vurğulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində polis orqanlarının maddi-texniki bazasının gücləndirildiyini, polis əməkdaşlarının pəşəkarlıq səviyyəsinin artırıldığını, onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini, 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərdiyini, Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyinin Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Salyan Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif edilmişdir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər