BolgeXeber.Com » Bölgə » Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib
Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib
1-07-2023, 13:37
Oxunub: 3 432
Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bölgə.TV-yə verilən məlumata görə, tədbirdə polis şöbəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və veteranlar iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qax şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar ilk öncə Ümumilli Liderin və şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov əvvəlcə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar, polis veteranlarına isə hədiyyələr təqdim olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər