BolgeXeber.Com » Bölgə » Mirasəfli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib

Mirasəfli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib

5-07-2023, 14:35
Oxunub: 2 096

Bolgə.TV xəbər verir ki, Mirasəfli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mirasəfli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illərdə kənd qazlaşdırılıb, kənddaxili yollar qum-çınqılla əsaslı təmir edilib, hər bir evə içməli su çəkilib, kəndin 2 km baş yolu asfatlaşdırılmışdır.

2023-cü ildə kənddə 1 nəfər kümçü 4 qutu barama götürmüş, hər qutudan 40 kq olmaqla 160 kq barama təhvil vermişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Həsən Abbasov Mirasəfli kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, kənddə internetin sürətinin aşağı olması, kənddaxili yollarının qreyderlə hamarlanması, Nürəddin Şirinov Mirasəfli kəndini içməli su ilə təmin edən 893 reper nömrəli artezian quyusunun və pay torpaqlarının, həmçinin həyətyanı torpaq sahələrinin suvarılması üçün istifadə olunan 814 reper nömrəli subartezian quyusunun dərinlik nasoslarının bərpa edilməsi, Mübariz Səmədov övladının işlə təmin olunması, Arif Məmmədov kəndin girişindəki elektrik güc transformatoruna elektrik ayırıcısı qoyulması, Nizami Həsənov yaşa görə əmək müqaviləsinin müddəti bitmiş Saatlı kənd tam orta məktəbinin direktor müavinin əmək müqaviləsinin müddətinin uzadılması, Şirin Məhərrəmov inzibati ərazi dairəsinin Saatlı kəndində yerləşən 340 şagird yerlik kənd tam orta məktəbin binasının qəzalı vəziyyətdə olduğu üçün əsaslı təmir olunması barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.