Bərdə rayonunda daha bir dəyirmi masa keçirilib
14-07-2023, 10:04
Oxunub: 4 704
Bolgə.TV xəbər verir ki, 13 iyul 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummili lideri, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 54-cü ilönümü münasibətilə Bərdə rayon İcra Hakimiyyətinin konfrans zalında dəyirmi masa keçirilib
Tədbirdə rayonun ictimaiyyət nümayəndələri, təhsil, mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Günel Cəfərova açaraq bildirmişdir ki, Ümummili lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin qurub yaratdıqlarından bu gün də bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcəkdir. Daha sonra Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Yusifova, S.Behbudov adına şəhər 6 nömrəli tam orta məktəbin direktoru Vüsalə Musayeva, rayon Heydər Əliyev mərkəzinin əməkdaşı Fəridə Süleymanova, rayon Tarix diyarşünaslıq muzeyinin əməkdaşı Turanə Məmmədova, Bərdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Ruhanə Əliyeva, Bərdə qəzeti redaksiyasının əməkdaşı Şükufə Əliyeva, Gənclər və İdman İdarəsinin Bərdə rayon sektorunun nümayəndəsi Aydın Qasımov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış etmişlər.
Tədbir diskusiya formasında davam etmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər