Şəhid anaları unudulmur
24-07-2023, 12:56
Oxunub: 4 912
Bolgə. TV xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsi şəhidi-İsgəndərov İlham İsgəndər oğlunun anası Fizzə xanımla onun ad günü ərəfəsində görüşüb, şəhid anasını 65 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını bildirib. İcra başçısı bütün şəhid analarının baş tacımız olduğunu, Vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarınını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Şəhid İskəndərov İlham İskəndər oğlu 1975-ci il sentyabr ayının 27-də Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra M.Ə.Sabir adına sovxozda fəhlə işləməyə başlayıb. 1993-cü ilin oktyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. N saylı hərbi hissədə xidmət etməyə başlayıb. 1994-cü il yanvar ayının 10-da Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olub. Subay idi.
Fizzə İsgəndərova ona, bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiri
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər