BolgeXeber.Com » Bölgə » Beyləqanın icra başçısından seçki saxtakarlığı?

Beyləqanın icra başçısından seçki saxtakarlığı?

29-10-2013, 09:55
Oxunub: 4 389 Vaqif Abdullayev seçki saxtakarlığında fəal olanlara 500-1000 manat pul verib

Son prezident seçkilərində müəllim və digər təbəqənin nümayəndələrinin açıq saxtakarlıq etdikləri dəfələrlə videoçəkilişlərlə nümayiş olunub. Seçkilər ərəfəsində hakimiyyət dairələrinin formalaşdırdığı «onbaşı», «yüzbaşı»lar vasitəsi ilə həyata keçirilən prosesin «qəhrəmanları» isə artıq mükafatlandırılmağa başlanılıb.

Jam.az-ın əldə etdiyi məlumata görə, «onbaşı» və «yüzbaşı»ların mükafatlandırılması prosesinə Beyləqan rayonunda da start verilib. Həmin məlumatlarda deyilir ki, rayonun icra başçısı Vaqif Abdullayev dünən Beyləqan rayonunda yerləşən «Çingiz» Şadlıq Sarayında həmin şəxsləri bir araya gətirərək, onalara ənam paylayıb.

Belə ki, icra başçısı seçkilərdə «aktiv» olan ən aparıcı saxtakarlara gördükləri işin müqabilində 500-1000 manat miqdarında pul verib. Mükafat alan həmin şəxslər isə icra başçısının qarşısında çıxış edərək söz veriblər ki, bundan sonra da keçiriləcək bütün seçkilərdə sonuncu dəfəkindən daha artıq fəal olacaqlar.

Maraqlı odur ki, rayonda tədbirə qatılan, amma ənam ala bilməyənlər də var. Onlara sadəcə, təşəkkür edilib, amma lazımi səviyyədə fəal olmadıqlarına görə, mükafat ala bilməyəcəkləri diqqətlərinə çatdırılıb.