Sel adam dolu maşini aparib
23-06-2011, 17:05
Oxunub: 7 378

Dağlardan gələn sel suları Şamaxı rayonunda tələfata səbəb olub.
Şamaxı rayon Polis Şöbəsindən saytımızın Şirvan bürosuna verilən məlumata görə ötən gecə Şamaxı rayonu ərazisindən keçən Ağsuçaya güclü sel gəlib. Çayın Dəmirçi kəndi ərazisindən keçən hissəsindəki körpü yararsız hala düşüb. Rayon sakini Orucov Məhəmməd Ağanəsib oğlu 10-CM-439 dövlət nömrə nişanlı “UAZ 469” markalı maşınla çayın içindən keçmək istəyib və həmin vaxt çaya gələn güclü sel avtomobili aparıb. Güclü su axını və selin gətirdiyi böyük çay daşları avtomobilin sudan kənara çıxarılmasına mane olub. Polis əməkdaşlarının köməkliyi ilə iki saat ərzində avtomobil, eləcə də sürücü Məhəmməd Orucov və sərnişini Xəlilova Gülmərcan Əlimərdan qızı xilas edilib. Güclü sel suları Dəmirçi və Qaleybuğut kənd sakinlərinə məxsus 3 baş iri və 12 baş xırda buynuzlu heyvanı aparıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər