BolgeXeber.Com » Bölgə » Bakının Səbayıl rayonunun sakinləri məmur özbaşnalığından prezidentə müraciət etdilər-Fotolar
Bakının Səbayıl rayonunun sakinləri məmur özbaşnalığından prezidentə müraciət etdilər-Fotolar
30-10-2013, 17:20
Oxunub: 4 150
Qafqaznews.az-n redaksiyasına Bakı şəhəri, Səbayıl rayonu, R.Zorge
küçəsi, 5 saylı binanın saknləri tərəfindən prezidentə ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdur.Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:
Bakı şəhəri, Səbayıl rayonu, R.Zorge küçəsi, 5 saylı binanın saknləri tərəfindən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Ə R İ Z Ə
“Hörmətli cənab İlham Əliyev!
Sizi 9 oktyabr 2013-cü il tarixdə keçirilən seçkilərdə yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edir və Sizə yeni nailiyyətlər əldə etməyinizi arzulayırıq. Biz, bütün sakinlər seçkilərdə Sizə səs vermişik və hər zaman Sizi dəstəkləyirik.
R.Zorge küçəsi, 5 saylı binanın saknlərinin Sizə müraciət etməyinin səbəbi R.Zorge küçəsi 3 ünvanda yeni çoxmərtəbəli binanı inşa etdirən məmurlar tərəfindən küçəyə çıxışın, yəni yolun kəsilməsi ilə əlaqədardır.
Belə ki, 1961-ci ildə istifadəyə verilmiş həmin binanın küçəyə çıxışı və maşın yolu olmuşdur.Lakin, bu günlərdə göstərilən ünvanda uzun müddət bundan əvvəl tikilmiş çoxmərtəbəli binanın hasarlanması zamanı bizim həyətə daxil olan yol kəsilmişdir.Əgər hər hansı təbii fəlakət baş verərəsə, fölqəladə tədbir kömək üçün həyətə maşın və texnikanın girişi qeyri mümkündür.Eyni zamanda, həyətə giriş bağlandığından bu bizim gündəlik məişətimizdə çətinliklər yaradır və tez-tez problemlərlə üzləşməli oluruq.
Odur ki, Sizdən qanunvericiliyə uyğun olaraq R.Zorge küçəsi 5 ünvanda yerləşən həmin binanın maşın yolunun bərpa edilməsi üçün müvafiq dövlət strukturlarına göstəriş verməyinizi xahiş edirik.Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk”.
Ümidvarıq ki,əlaqədar qurumlar sakinlərin bu probleminə bir əncam çəkəcəklər.Məsələni diqqətdə saxlayacayıq.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər