Rayon rəhbəri Murad Allahverdiyevi qəbul edib
19-08-2023, 12:47
Oxunub: 6 920
Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri boks idman növü üzrə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan Murad Allahverdiyevi qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 6 qat Azərbaycan çempionu, 2 dəfə avropa üçüncüsü, 1 dəfə Avropa çempionu, Avropa oyunlarının bürünc mükafatçısı olmuş, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan idman ustası Murad Allahverdiyevi qəbul edib.
Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
Görüşdə gənc idmançı Murad Allahverdiyev gələcək planlarından danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda idmançıya rayon rəhbəri tərəfindən qiymətli hədiyyə təqdim edilib, xatirə şəkli çəkilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər