BolgeXeber.Com » Bölgə » Bölgələrdə meşə ərazilərində yerləşən istirahət mərkəzlərində ekoloji qaydalara necə riayət olunur?
Bölgələrdə meşə ərazilərində yerləşən istirahət mərkəzlərində ekoloji qaydalara necə riayət olunur?
21-08-2023, 12:13
Oxunub: 8 312
Ekologiya.az saytının əməkdaşları məsələyə aydınlıq gətirmək üçün bölgələrdə olublar.
Əməkdaşlarımız Lənkəran şəhəri və Masallı rayonlarında olarkən meşə ərazilərində yerləşən istirahət mərkəzlərinin bir neçəsi ilə maraqlanıblar. Və belə bir nəticəyə gəliblər ki, bu ərazilərdə yerləşən istirahət mərkəzlərində ekoloji qaydalara tam riayət olunur. Yerli Ekologiya İdarəsi və Regional Meşə Təsərrüfatı birliyinin nümayəndələri müntəzəm olaraq meşə ərazilərində yerləşən istirahət mərkəzlərində reydlər keçirir. Eyni zamanda onu da qeyd edək ki, sənədləri olmayan şəxslər müqavilə üçün müraciət edirlər və heç bir əngəllə qarşılaşmadan prosesi tamamlayırlar. Bir neçə istirahət mərkəzində əməkdaşlarımız buna şahid olublar.
Onu da qeyd edək ki, əraziyə baxış zamanı nəticəyə gəldik ki, bu ərazilərdə yerləşən istirahət mərkəzlərində yanğın normalarına tam riayət olunur ,zibil tullantılarının normaya uyğun təmizlənməsi daxil bütün ekoloji normalara ciddi formada riayət olunur.
Bəzi yerli media orqanları Yerli Ekologiya İdarəsinin və Regional Meşə Təsərrüfatı birliyininin nümayəndələrini nəzarətin olmaması ilə bağlı ittiham edirlər. Belə bir nəticəyə gəldik ki, bütün bu yazılanlar əsassızdır, böhtandır.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər