Ağsunun icra başçısını döyüblər?
31-10-2013, 12:10
Oxunub: 5 810
Ə. Seyidəliyev 10 min manatı kimə və nəyə görə verib?
Keçən yazılarımızdan birində “Bir “xanım”ın iki adaxlısı” başlıqlı araşdırma yazını sizə təqdim edəcəyimizi bildirmişdik. İlk öncə qeyd edək ki, qəhrəmanımız “xanım”ın ikinci adaxlısı Ağsu Rayon İH başçısı Ənvər Seydəliyevdir. Məlumat üçün bildirək ki, Ənvər Seydəliyev rayonun Pirhəsənli kəndində dünyaya göz açıb. Onlar nəsilliklə ağır Seyiddirlər. Amma bütün bunlara baxmayaraq Seydəliyevlər rayonda daha çox əxlaqsızlıqda ad çıxarıblar.Ə.Seydəliyevin rayon polis şöbəsində rəis müavini vəzifəsində çalışan qardaşı Mirfazil Seydəliyev rayonun idarə müdirlərindən birinin arvadını və qızını “kontrol”da saxlayaraq həmin adamı “iflic”vəziyyətinə salıb. Bu barədə tam ətraflı məlumat verəcəyik. Bəzi iddialara görə, həmin məmurun baş verənlərdən xəbərdar olunca güclü stress keçirərək xəstəxanaya düşdüyü bildirilir. Hələlik Ənvər Seydəliyevin necə ikinci adaxlı rolunda olması barədə bir az ətraflı məlumat verək.
7gun.az bildirir ki,Bakı şəhərindən Ağsuya iş məqsədi üçün gəlmiş Fədayə (ad şərtidir) adlı xanım Ə. Seydəliyevlə görüşmək fürsəti tapır. Daha doğrusu İcra Başçısı onu qəbul otağındakı izləmə kamerası vasitəsilə görən kimi qəbul edir. Müəyyən müddət keçdikdən sonra İcra Başçısı ilə həmin xanım arasında münasibətlər “istilənməyə” doğru gedir. Və ən nəhayət onların “gizli görüş”ü baş tutur. Elə bundan sonra da başçının qara günləri başlayır. Bir gün Ə. Seydəliyev axşam saatlarında “sevgilisinə” zəng vuranda bütün olanların üstü açılır. Həmin xanımın faktiki,yəni birinci adaxlısı Camal (ad şərtidir) telefona cavab verir. İcra Başçısı “Quzum salam. Axşamın xeyir. Necəsən?” deyincə telefona başqa bir adamın cavab verdiyini eşidir. Elə bundan sonra da iki adaxlı arasında qalmaqal başlayır. Başçı ilə “xanım”ın birinci adaxlısı (yəni rəsmi həyat yoldaşı) telefon vasitəsilə sözün əsl mənasında qırğına çıxır. Baş verənlər Ağsu “perevalında” davam etdirilir. Tanınmamaq üçün başına panama qoyan başçı “perevalda” birinci adaxlı ilə görüşür. Görüş zamanı birinci adaxlı Ə. Seydəliyevə çatar-çatmaz yumruq zərbələri endirməyə başlayır. Və icra başçısını ordakı kafenin kabinetinə qədər sürüyür. Ordan halsız vəziyyətdə çıxan icra başçısı həmin an ərazidən uzaqlaşır. Söz – söhbət bununla bitmir. Birinci adaxlı Ə. Seyidəliyevi təkidlə, hay- küylə sözün həqiqi mənasında “divara dirəyir”. “İşə” düşmüş aşiq 10 min manat “tərləməli” olur. Ardı var...
P.S. Qeyd edək ki, Ə. Seydəliyev dərc etdiyimiz yazılara görə müxtəlif yollarla bizə təzyiq etməyə çalışıb. Ancaq biz geri çəkilmək fikrində deyilik. Yazdıqlarımızın həqiqət olmasını rayon sakinlərinin çoxu bilir. Digər tərəfdən onun nəzərinə çatdırırıq ki, yazılarda qeyd olunan faktların məsuliyyətinə görə qanunvericilik çərçivəsində də cavab verməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər