Deputat Sabir Rüstəmxanlının DYP rəisi olan qardaşı həbs olunub?
31-10-2013, 19:05
Oxunub: 4 361
Bolgexeber.com-un redaksiyasına Ağcabədi rayon DYP-nin rəisi Dilavər Rüstəmxanlı haqda ilginc məlumat daxil olmuşdur. Belə ki, mənbə bildirir ki, dünən Ağcabədi rayonunda saxlanılan maşınlardan biri Ağcabədi DYP-nin şöbəsinə gətirilmişdir. Orada onlardan cərimədən başqa əlavə pul alınmışdır. Lakin məlum olub ki, saxlanılanlar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əmakdaşlarıdır.Mənbə bildirir ki, həmin əməkdaşlar yol polisləri tərəfindən edilən qanunsuzluğa görə müvafiq tədbirlər görmüşdürlər. Belə ki, Ağcabədi rayon DYP-nin rəisi Dilavər Rüstəmxanlı və onun müavini həbs edilərək aparılmışdır.Bundan başqa bu gün məsələ ilə əlaqədar Ağcabədi rayon polis şöbəsinin rəisi və onun xidmət üzrə müavini rəhbərlik tərəfdən şiddətli töhmət almış, dörd nəfər polis əməkdaşı isə xidmətə yararsız sayılaraq işdən azad edilmişdir.Son saatlarda aldığımız məlumata görə deputat Sabir Rüstəmxanlının qardaşı olan Ağcabədi rayon DYP-nin rəisi Dilavər Rüstəmxanlı artıq sərbəst buraxılıb.Qeyd edək ki, o uzun müddət Yardımlı DYP-nin rəisi olub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər