BolgeXeber.Com » Bölgə » Ağsuda yaşayan məcburi köçkün prezidentdə müraciət etdi

Ağsuda yaşayan məcburi köçkün prezidentdə müraciət etdi

1-11-2013, 15:30
Oxunub: 4 590 Ağdam rayonundan məcburi köçkün düşmüş və Ağsu rayonunda məskunlaşan Asəf Quliyev Bolgexeber.com-a bildirir ki, rayon ərazisində sərbəst hərəkət edə bilmirlər. Buna səbəb rayonda məcburi köçkünlərə rayon rəhbərliyi tərəfindən olan sayğısızlıqdır. Elə bu baxımdan da rayonda bütün yuxarı və aşağı çinli məmurlar məcburi köçgünləri gözümçıxdıya salıblar.

A.Quliyev bildirir ki, o, 23 oktyabr 2013-cü il tarixində Ağsu şəhərində yerləşən “Şirvan” şadlıq sarayının yaxınlığında, idarə etdiyi VAZ 2107 markalı, 10 CT 740 dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən, DYP bölməsinin Cavid və Bəxtiyar adlı iki əməkdaşı tərəfindən saxlanılmışdır. Şikayətçi qeyd edir ki, polis əməkdaşları bu zaman 10 YP 426 nömrə nişanlı xidməti avtomobildə olmuşlar. Bundan sonra müəyyən nöqsanların olduğunu iddia edən DYP əməkdaşları Asəf Quliyevin avtomobilini bölmənin həyətində yerləşən cərimə meydançasına aparıblar.

Hadisənin ertəsi günü avtomobili geri almaq üçün Asəfin qaynatası DYP bölməsinə yollanır. Məlumatda bildirilir ki, avtomobilin sahibi əmlakını geri almaq üçün bölmə rəisi Kənan müəllimə 100 manat pul verməli olur. Lakin az sonra cərimənin heç də bu məbləğlə məhdudlaşmayacağı məlum olur. Belə ki, bölməni tərk etmək istəyərkən A.Quliyevin qaynatasına verilən talonda daha 500 manat cərimə odənilməli olduğu göstərilir.

Bildiriləndə ki, bir belə pulumuz yoxdur, DYP-nın rəsi Kənan müəllim məcburi köçkünün üstünə qışqıraraq; siz köçkünlər bizlərdən yaxşı dolanırsınız.

“Dövlət Başçısı məcburi köçkünlərin vəziyyətlərinin yaxşılaşdırması istiqamətində dəfələrlə bütün dövlət orqanlarına tapşırıq verdiyi halda Ağsu rayonunda bu tapşırıqların əksi bizlərə nəsib olur. Yəni sıxışdırılırıq, haqqlarımız tapdalanır və rayonda biz köçkünlərə hansısa aşağı təbəqənin insanları kimi yanaşırlar.
Bİz Ağsuda yaşayan köçkünlər Ölkə başçısı cənab prezident İlham Əliyevə müraciət edərək haqqlarımızın bərpasını istəyirik”,-vətəndaş bildirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com