BolgeXeber.Com » Bölgə » Xızının icra başçısı Xəzər Aslanovun ali təhsili varmı?

Xızının icra başçısı Xəzər Aslanovun ali təhsili varmı?

4-11-2013, 20:40
Oxunub: 3 760 Onun hansı universiteti bitirməsi barədə heç bir bilgi yoxdur
Rayon icra başçılarının kimliyi, onların bu posta neçə gəlib çıxması zaman-zaman düşündürücü suallardandır. Birinin əvvəli biznesmen, digərinin yaxın qohumu məmur, o birisinin isə…
Amma Bizimxeber.az-a daxil olan məlumat daha maraqlıdır. Diplomsuz icra başçısı… Bunu da eşitdik.
Rayondakı torpaqları qarış-qarış imkanlı şəxslərə satan Xızı rayonunun icra başçısı Xəzər Aslanovla bağlı Bizimxeber.az-a ilginc məlumat daxil olub. Redaksiyaya ötürülən məlumatda deyilir ki, Xəzər Aslanovun icra başçısı təyin olunmasında qaranlıq məqamlar var. Daha doğrusu, icra başçısının ali təhsili yoxdur (?). Əğər varsa belə, bu sonradan saxta yollarla hansısa özəl universitetlərin birindən alınıb. Və o, harada təhsil aldığını birmınalı olaraq gizli saxlayır.
Bu faktı araşdırmaq üçün bəzi vasitələrə əl atdıq. Müəyyən mənbələrdən xəbərin nə qədər dəqiq olduğunu araşdırmaq istəsək də, heç bir məlumat verən olmadı.
Belə ki, Rayon İcra hakimiyyətlərinə aid olan saytlarda icra başçılarıın kimliyi, onların hansı ali təhsil ocağını bitirməsi, harada işləməsi barədə geniş məlumatlar verilir. Amma Xızı İcra Hakimiyyətinə məxsus olan www. khizi-ih.gov.az saytında Xəzər Aslanovla bağlı bir sıra məlumatlar olsa da, onun harada təhsil alması barədə heç bir bilğı yoxdur. Əvvəl fəhlə, sonra məhkəmə katibi, ”“İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, “Fədai” kooperativinin sədri, Aslan R.Q” k/m-da kommersiya direktoru, “ER-COMPANY LTD”-də mütəxəssis, Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı,“European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi,European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı və hazılrda, Xızı rayon İcra Hakimiyyəti Başçısı… Ciddi suallarla dolu bir vəzifələr..
Bütün vəzifələrdən görünür ki, Xəzər Aslanov həmişə biznes sahəsində çalışıb. Amma arada Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı da olub (?)…
DİQQƏT:
Aslanov Xəzər Qəşəm oğlu, 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləmiş, 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
25.12.1990-cı ildən 14.02.1992-ci ilədək “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə “Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək “Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək “ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 05.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı Sərəncamı ilə Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir.
Hər halda bu qədər məlumatın sırasında Xəzər Aslanovun hansı ali təhsilə məxsus olduğunu bir cümlə ilə yazmaq o qədər də çətin deyil. Elə isə, bu məlumat niyə yazılmayıb? Yaddanmı çıxıb, yoxsa, doğurdan da Xəzər Aslanovun heç bir ali təhsili yoxdur?
Bu suala aydınlıq gətrmək istəsək də, Xızı rayon İcra Hakimiyyətindən bizim suallarımızı kimsə cavablandırmadı.
Hər halda qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.