BolgeXeber.Com » Bölgə » 27 sentyabr Anım günü ərəfəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb
27 sentyabr Anım günü ərəfəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb
25-09-2023, 14:52
Oxunub: 5 232
Bolgə.TV xəbər verir ki, 27 sentyabr Anım günü ərəfəsində rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım günü kimi qeyd olunur.
27 sentyabr Anım günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, İƏD üzrə nümayəndəliklərin, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və könüllülər rayon ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində, şəhidlərin adına inşa edilmiş bulaqların, xatirə lövhələrinin ətrafında və qəbiristanlıqlarda təmizlik və abadlıq işləri aparıblar.
Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər