Ağdamın Doğum Evində biabırçılıq
6-11-2013, 15:05
Oxunub: 4 971
Baş həkim Fəridə Bağırova validyen olan şəxslərə geyimlərinə görə qiymət verirmiş
Azərbaycanda tibb sektorunun hansı bərbad halda olduğu kimsəyə sirr deyil. Səhiyyə Nazirliyinin nəzarətsizliyi səbəbindən meydanda at oynadan həkimlər isə xəstələrə daha çox qazanc yeri kimi baxırlar.
Tia.Az xəbər verir ki, acınacaqlı durumda olan tibb ocaqlarından biri də Ağdam Doğum Evidir. Məlumatlara görə, bu Doğum Evinin rəhbəri Fəridə Bağırova sözün həqiqi mənasında bazar yaradıb.
Belə ki, o, uşaq hələ dünyaya gəlməmiş onun pulunu valideynlərindən tələb edir. Bundan başqa, uşağ dünyaya gəldikdən sonra əlavə xərclər də tələb olunur. Məsələn, bu Doğum Evində dərmandan tutmuş, adi bintə qədər heç nə tapmaq mümkün deyil. Onu valideyn özü alıb gətirməlidir.
Fəridə Bağırova həmçinin palata pulu da alır ki, bu da xəstənin bir neçə gün xəstəxanada qalması üçün çox vacib şərtdir. Qiymətlər isə fərqlidir. Deyilənlərə görə, baş həkim pasientin geyiminə və davranışlarına xüsusi diqqət yetirir. Əyin-başı qismən yaxşı olanlar üçün qiymətlər 500 manata qədər yüksələ bilər. Kasıblar üçün isə bu rəqəm minimum 250 manatdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər